Lənkəranda hoteldə yanğın başlayıb.
Editor.az APA-ya istinadən bildirir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən hoteldə baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

