UEFA Konfrans Liqası: “Qarabağ” bu gün Niderlandda “Tvente” ilə qarşılaşacaqbackend

UEFA Konfrans Liqası: “Qarabağ” bu gün Niderlandda “Tvente” ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk görüşündə “Tvente” (Niderland) ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:00-da Enshededəki “Tvente” stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Yucin Caya idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.