Məktəblərdə yeni dövr başlayır-Yenilikbackend

Məktəblərdə yeni dövr başlayır-Yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Repetitor yanına getmədən ali təhsil müəssisəsinə qəbul olmaq olacaq.

Bakı Şəhərində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlayıb.

Yeni model şagirdlərin ali təhsilə hazırlığını məktəb daxilində daha səmərəli təşkil etməyə, seçdikləri ixtisas istiqamətlərinə uyğun bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Məqsəd şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan gücləndirilmiş tədris prosesi vasitəsilə uğurlu nəticələr əldə etmələrini təmin etməkdir.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron qeydiyyatdan keçə bilərlər.

Şagirdlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfH-gbLr4r0Hf5p2IRbbbZqURFZUcSA6A72Gz1qytwUT9_xcQ/viewform?usp=publish-editor

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header