Mərdəkanda dənizdə batan 4 gənc şəhid qohumudurbackend

Mərdəkanda dənizdə batan 4 gənc şəhid qohumudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Mərdəkan çimərliyində 4 nəfər batıb.

Globalinfo.az bildirir ki, dənizdə batanlar dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaş – 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə Lerikin Orand kəndindən olan 4 gənc Vətən müharibəsi şəhidi Məcidzadə Saleh Nəriman oğlunun qohumlarıdır.