Məşhur müğənni bələdiyyə sədri ilə evlənir — FOTObackend

Məşhur müğənni bələdiyyə sədri ilə evlənir — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkü ifaçısı Sevcan Orxan bir müddətdir münasibətdə olduğu Buca Bələdiyyəsinin sədri Görkəm Dumanla sentyabr ayında evlənəcəklərini açıqlayıb.

Sevcan Orxan ötən axşam “Mahsus Sahne”də dinləyiciləri ilə görüşüb. Konsertdən əvvəl sualları cavablandıran sənətçi Görkəm Dumanla münasibəti barədə danışaraq uzun müddətdir davam edən xoşbəxt bir əlaqələrinin olduğunu və sentyabr ayında evlənməyi planlaşdırdıqlarını bildirib.

Orxan “Bu bazar məni istəməyə gəlirlər” deyərək ənənələrə uyğun nişan mərasimi keçiriləcəyini qeyd edib: “Duzlu qəhvə hazırlanacaq. Adət-ənənə nədirsə, hamısını edəcəyik”.

Məşhur ifaçı mehr olaraq nə istədiyi sualına isə belə cavab verib: “Məhəbbət, hörmət və sədaqət istəyirəm. Bu dövrdə bunları tapanda, bundan daha yaxşı mehir yoxdur”.

Sevcan Orxan ilə Görkəm Dumanın münasibəti əvvəllər Phuket adasında çəkilən tətil görüntüləri ilə üzə çıxmışdı. Həmin dövrdə Buca Bələdiyyəsində təmizlik işçilərinin maaşlarını ala bilmədiyi iddiası ilə etiraz hazırlıqları aparıldığı vaxt bu görüntülər müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, mehr İslam qanunlarına görə, kişinin evlənərkən qadına verdiyi və ya verməyi vəd etdiyi pul, əmlak və ya mənfəət hədiyyəsidir./demokrat

Gallery image 1