Putinin Çin səfərində iş adamları da iştirak edəcəkbackend

Putinin Çin səfərində iş adamları da iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin yaxın aylarda Çinə həyata keçirəcəyi rəsmi səfərin detalları açıqlanıb.

Editor.az xəbər verir ki, Kremlin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, səfərə hazırlıq prosesi davam edir və proqram üzrə əsas tarixlər artıq müəyyənləşdirilib.

Onun sözlərinə görə, Putin 31 avqust – 3 sentyabr tarixlərində Çində olacaq. Rusiya liderinin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməsi, həmçinin İkinci Dünya müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qatılması planlaşdırılır.

Kreml rəsmisi qeyd edib ki, Putin Çin sədri Si Cinpinlə geniş tərkibli danışıqlar aparacaq və bir sıra beynəlxalq görüşlər keçirəcək. Hazırda səfərin tam proqramı üzərində iş aparıldığı bildirilib.

Uşakovun açıqlamasına əsasən, Rusiya nümayəndə heyətinə dövlət rəsmiləri ilə yanaşı, iri şirkət rəhbərləri və iş adamları da daxil ediləcək. Bu addım Moskva ilə Pekin arasında iqtisadi və strateji əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş mühüm mesaj kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, son illərdə Qərb sanksiyalarının artması fonunda Rusiya Çinlə münasibətlərə xüsusi önəm verir və qarşıdakı səfər iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşməsinə yeni təkan verə bilər.

//Gülnarə Abasova, Editor.az