Ukrayna yeni idarə olunan hava bombası ilə savaşa girirbackend

Ukrayna yeni idarə olunan hava bombası ilə savaşa girir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brave1” platformasının iştirakçısı artıq lazımi sınaqlardan keçmiş və döyüş istifadəsinə hazır olan ilk Ukrayna idarə olunan hava bombasını (GUAB) yaradıb.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bunu 18 mayda Telegram-da açıqlayıb. 11 mayda Prezident Volodimir Zelenski Ukraynanın Rusiyanın hücumlarına idarə olunan hava bombaları ilə “adekvat cavab” axtardığını bildirmişdi. Fedorovun sözlərinə görə, Ukrayna GUAB-ının hazırlanması 17 ay davam edib. Onun döyüş başlığı 250 kq ağırlığındadır.
Müdafiə Nazirliyi artıq ilk eksperimental partiyanı alıb.

Nazir bildirib ki, pilotlar hazırda döyüş ssenarilərini tətbiq edir və yeni silahı real döyüş şəraitinə uyğunlaşdırırlar. “Ukrayna GUAB-ı unikal dizayna malikdir və müasir müharibənin reallıqları nəzərə alınmaqla yaradılıb. Bu, Qərb və ya Sovet həllərinin surəti deyil, istehkamları, komanda məntəqələrini və digər düşmən hədəflərini buraxılışdan sonra onlarla kilometr dərinlikdə effektiv şəkildə məhv etmək üçün nəzərdə tutulmuş Ukrayna mühəndisləri tərəfindən hazırlanmış patentləşdirilmiş bir ixtirasıdır”, – deyə Fedorov əlavə edib.

//Samir Qurbanov, Editor.az