İranda “Dena” hərbi gəmisində həlak olan 84 dənizçinin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin açılışı olub.
Avash.ir saytının verdiyi məlumata görə, lövhə Tehranda quraşdırılıb və İranın Ali Lideri Müctəba Xameneinin İran ordusuna sülh və bərəkət çağırışı ilə bağlı müraciətindən sitatla “bəzədilib”. IranWire qeyd edir ki, divar rəsminin açılışı Tehranda deyil, Məşhəddə olub. Xamenei ölən “şəhidlər” arasında təsvir edildiyi üçün bu, vəzifəyə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayan Ali Liderin sağlamlığı ilə bağlı fərziyyələri artırıb.
“Euronews”un qeyd etdiyi kimi, divar rəsminin açılışından sonra “Xameneinin sağlamlığı ilə bağlı sirr daha da dərinləşib”.
//Samir Qurbanov, Editor.az

