Hörmüz boğazı ilə bağlı xüsusi qanun qəbul ediləcəkbackend

Hörmüz boğazı ilə bağlı xüsusi qanun qəbul ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Hörmüz boğazı ilə bağlı xüsusi qanun qəbul ediləcək. Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi qanun layihəsinin təfərrüatlarını bölüşüb.

Parlament üzvün sözlərinə görə, qanun gəmi sığortasına ehtiyacı, Hörmüz boğazından keçmək üçün rüsumların toplanması prosedurunu və ondan istifadənin digər aspektlərini müəyyən edəcək.

Borucerdi vurğulayıb ki, bu qanunvericilik təşəbbüsü Hörmüz boğazından keçən hər hansı bir gəminin İİKK Hərbi Dəniz Qüvvələrindən icazə alması deməkdir. Sığorta həmçinin İran şirkətlərindən də alınmalıdır. “Bundan əlavə, rüsum və ətraf mühit vergisi tələb olunacaq. Bu məbləğlər beynəlxalq standartlara uyğun olaraq hesablanacaq və toplanacaq.” – Əlaəddin Borucerdi deyib.

Parlament üzvü aydınlaşdırıb ki, Tehran rüsum müəyyən edərkən xüsusilə Panama kanalı presedentini rəhbər tutacaq. Borucerdi əlavə edib ki, Hörmüzdən keçmək üçün rüsumların toplanması üçün xüsusi bir struktur yaradılacaq. Əvvəlcə ödənişlər dörd valyutada qəbul ediləcək: rial, dollar, avro və yuan. Daha sonra ödənişlər yalnız rial ilə həyata keçiriləcək.

//Samir Qurbanov, Editor.az