Narkobaron El Chapo prezidentdən onu Meksikaya qaytarmağı xahiş etdibackend

Narkobaron El Chapo prezidentdən onu Meksikaya qaytarmağı xahiş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sinaloa” narkokartelinin keçmiş rəhbəri, “El Çapo” (Qısaboy) ləqəbi ilə tanınan Xoakin Qusman Meksika Prezidenti Klaudiya Şeynbauma müraciət edərək onun vətəninə deportasiya olunması məsələsinə baxılmasını xahiş edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Milenio” qəzeti Qusmanın məktubuna istinadən məlumat yayıb.

2019-cu ildə o, ABŞ-də narkotik ticarətinə görə ömürlük həbs cəzasına məhkum edilib. Hazırda keçmiş narkobaron Kolorado ştatının Florens şəhərində ciddi rejimli həbsxanada saxlanılır. Onun sözlərinə görə, o, təcriddə saxlanılır – ailə üzvləri ilə görüşməsinə, eləcə də digər məhbuslarla əlaqə saxlamasına icazə verilmir.

Bununla yanaşı, Xoakin Qusman onun məhkəmə prosesini ədalətsiz adlandırıb və bəyan edib ki, Meksikada mütəşəkkil cinayətkarlığın yaratdığı zorakılığa görə məsuliyyəti Meksika hökuməti daşıyır. Ayrı bir məktubda o dəyişdiyini sübut etmək üçün ona imkan verilməsini də xahiş edib.

“Sinaloa” karteli – dünyanın ən böyük kartellərindən biridir. “El Çapo” tarixdə ən məşhur və ən varlı narkotik alverçisi hesab olunub. “Forbes” nəşrinin yaydığı məlumata əsasən, onun ümumi sərvəti 14 milyard dollar həcmində dəyərləndirilib.