NATO-da Almaniyada nüvə silahı istiqamətində aparılan tədqiqatlarla bağlı narahatlıq ifadə olunubbackend

NATO-da Almaniyada nüvə silahı istiqamətində aparılan tədqiqatlarla bağlı narahatlıq ifadə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) bildirib ki, NATO-ya üzv aparıcı ölkələrdən birinin aidiyyəti qurumları Almaniyada nüvə silahının hazırlanmasına yönəlmiş elmi tədqiqatların geniş miqyasda aparılmasından narahatdır.

Editor.az xəbər verir ki, bu barədə SVR-nin mətbuat bürosu məlumat yayıb. 

Məlumata görə, Almaniyanın Qərbdəki tərəfdaşları ölkədə xüsusi materialşünaslıq, zərbə dalğalarının fizikası, nüvə və neytron fizikası kimi həssas sahələrdə aparılan araşdırmaların miqyasını diqqətlə izləyirlər. Bildirilir ki, bu layihələrə ümumilikdə 30 milli universitet cəlb olunub. 

Araşdırmalarda iştirak edən ali təhsil müəssisələri sırasında Karlsrue Texnologiya İnstitutu, Rur Universiteti (Boxum), Münhen Lüdviq-Maksimilian Universiteti, Axen Reyn-Vestfaliya Texniki Universiteti və Berlin Texniki Universiteti də yer alır. SVR iddia edir ki, praktiki eksperimentlər bu elmi mərkəzlərin nəzdində fəaliyyət göstərən altı tədqiqat reaktorunda həyata keçirilir. 

//Gülnarə Abasova, Editor.az