“Nazir qərəzli olaraq məni doğma teatrıma bərpa etmir!”- Mehriban Xanlarova vəsiyyətini AÇIQLADIbackend

“Nazir qərəzli olaraq məni doğma teatrıma bərpa etmir!”- Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir sənətkarın taleyi cəmiyyətin vicdan sınağıdır… Mən ömrümün ən gözəl illərini Azərbaycan teatrına, Azərbaycan tamaşaçısına həsr etmiş bir sənətkaram. Səhnədə qazandığım alqışlar mənim ən böyük sərvətim olub. Heç vaxt düşünməzdim ki, həyatımın bu çağında haqqımı tələb etmək üçün qapılar döyməyə məcbur qalacağam…”.

Bizimesr.com xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı, əməkdar artist Mehriban Xanlarova qeyd edib.

O daha sorna müraciətini belə davam etdirir: “Cənab Nazir məni illərimi verdiyim, hər daşına, hər küncünə bələd olduğum doğma teatrımdan ayırıb niyə başqa yerə göndərmək istəyirsiniz?! İnsan doğma evindən necə didərgin salınar? Niyə? Tamaşaçılarım, sevənlərim hər gün soruşur, mən də bilmirəm… Sizdən soruşuram. Niyə? Məni nəyə, kimə qurban verirsiz? Ruhumu hara qoyub gedim?! O səhnənin hər zərrəsində mənim izim var!

 

Siz heç qorxmursuz? Prezidentimizə də, Vitse-prezidentimizə də müraciət etmişəm. Onlara nə cavab verəcəksiniz? Mehribanı kimə görə sürgün etdik deyəcəksiniz?

Elə bilirsiniz, mən bir gün Möhtərəm Prezidentimizlə, dəyərli Mehriban xanım Əliyeva ilə üz-üzə gəlməyəcəm? Heç narahat olmursunuz ki, adınızı çəkəcəyəm? Nədən bu qədər arxayınsız?

 

Mənə açıqlama verin! Məni niyə ayrı yerlərə göndərmək istəyirsiz? Niyə səsimi kəsmək istəyirsiz? Cavab verin! Bu qərarı hansı qaranlıq otaqlarda, hansı şəxsi maraqlara görə vermisiniz? Əgər haqlısınızsa, çıxın xalqın, tamaşaçının qarşısına, gətirdiyiniz arqumentləri əsaslandırın! Gizli qərarlarla bir sənətkarın taleyi ilə oynaya bilməzsiniz! Mən Sizdən xüsusi imtiyaz, yüksək vəzifə, mənzil, medal və ya hər hansı güzəşt istəmirəm. Lazım gələrsə, 28 il ömrümü həsr etdiyim doğma teatrımda xadimə işləməyə də razıyam. Ora mənim üçün sadəcə iş yeri deyil, ömrümün ən dəyərli illərinin keçdiyi, sənətkar kimi formalaşdığım müqəddəs bir məkandır.

Mənim əziz tamaşaçılarım, illərdir sevgisi ilə nəfəs aldığım xalqımız! Bəli, Sizin Mehribanınızı göz görə-görə öz evindən sürgün etmək istəyirlər… Bəli, illərlə bu səhnədə can qoyan, dövlətimizin verdiyi fəxri adı, xalqın sevgisini alın təri ilə qazanan bir sənətkara Mədəniyyət Naziri tərəfindən rəva görülən münasibət budur, Siz də şahid olun! Əziz tamaşaçılarım, nə zamansa bu dünyadan köçəndə Sizə vəsiyyət edirəm: məni ömrümü həsr etdiyim doğma teatrımın önündən son mənzilə yola salarsınız…”.