NYT: Ukraynanın müharibənin gedişatını dəyişmək üçün nadir imkanı yaranıbbackend

NYT: Ukraynanın müharibənin gedişatını dəyişmək üçün nadir imkanı yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın nüfuzlu The New York Times nəşrinin yazdığına görə, Ukrayna son aylarda topladığı böyük pilotsuz uçuş aparatları arsenalı sayəsində cəbhədə yeni taktiki üstünlüklər əldə edib.

Məlumata əsasən, Ukrayna və Rusiya dronlarının intensiv istifadəsi nəticəsində təmas xətti boyunca təxminən 40 kilometrlik genişlikdə “öldürücü zona” formalaşıb. Bu ərazilərdə hərbi texnikanın və canlı qüvvənin hərəkəti ciddi şəkildə məhdudlaşıb.

Nəşr qeyd edir ki, Ukrayna Müdafiə Qüvvələri təkcə cəbhə xəttində deyil, həm də Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbə endirmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə, Rusiyanın neft infrastrukturu və hərbi-sənaye müəssisələri Ukrayna zərbələrinin əsas hədəflərindən birinə çevrilib.

Analitiklərin fikrincə, uzaqmənzilli dron imkanlarının inkişafı Ukraynaya müharibənin gedişatına təsir göstərə biləcək əlavə üstünlüklər qazandıra bilər.

//Samir Qurbanov, Editor.az