ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqlədibackend

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Editor.az xəbər verir ki, CNN-in məlumatına görə, sənəd Senatda səs çoxluğu ilə qəbul olunub. Qanun layihəsi Rusiyanın enerji, maliyyə və digər strateji sektorlarına qarşı məhdudiyyətlərin genişləndirilməsini, həmçinin İrana qarşı mövcud sanksiyaların daha da gücləndirilməsini nəzərdə tutur.
Sənədin qüvvəyə minməsi üçün növbəti mərhələdə ABŞ Nümayəndələr Palatasının da təsdiqi və daha sonra prezidentin imzası tələb olunur.

Qeyd edək ki, Vaşinqton Moskvanın Ukraynaya qarşı müharibəsi fonunda Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa davam edir.

//Samir Qurbanov, Editor.az