Aİ-nin genişlənməsi sual altındadır – FTbackend

Aİ-nin genişlənməsi sual altındadır – FT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Financial Times yazır ki, Brüsseldə Avropa İttifaqının gələcək genişlənməsi və yeni üzvlərin qəbulu ilə bağlı qeyri-müəyyənlik davam edir.

Editor.az xəbər verir ki, məlumata görə, Emmanuel Macron rəhbərlik etdiyi Fransa və Almaniya namizəd ölkələrin üzvlük prosesinə dəyişiklik edilməsini təklif ediblər. Təklifə əsasən, islahatların həyata keçirilməsində əldə olunan irəliləyişə uyğun olaraq, tamhüquqlu üzvlük mərhələli şəkildə verilməlidir.

Nəşr qeyd edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ətrafında gedən müzakirələr, ittifaqın hazırkı mərhələdə yeni üzvlərin qəbuluna tam hazır olmadığını nümayiş etdirir.

//Samir Qurbanov, Editor.az