Zelenski prezident kimi ilk dəfə Serbiyaya səfər edibbackend

Zelenski prezident kimi ilk dəfə Serbiyaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçildikdən sonra ilk dəfə Serbiyaya rəsmi səfər edib.

O, Belqrada gələrək Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüş keçirəcək.

Məlumata görə, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sahəsində əlaqələr, regional təhlükəsizlik və hər iki ölkənin Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı məsələləri müzakirə edəcəklər. Bu səfər Serbiyanın Rusiya ilə ənənəvi yaxın münasibətləri fonunda mühüm diplomatik hadisə kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az