Polşa Prezidenti Karol Navrotski bəyan edib ki, Varşava Ukraynaya dəstəyini davam etdirməyə hazırdır, lakin bu, Polşanın milli maraqlarına hörmət göstərilməsi və ölkə ərazisində banderçi simvollarının nümayiş etdirilməməsi şərti ilə mümkündür.
Polşa liderinin sözlərinə görə, Ukraynaya göstərilən dəstək Polşa cəmiyyətinin tarixi həssaslıqları və dövlətin strateji maraqları nəzərə alınmaqla həyata keçirilməlidir.
Navrotski vurğulayıb ki, Polşa Ukraynanın yanında olmağa davam edəcək, lakin Kiyev ikitərəfli münasibətlərdə Varşavanın mövqeyinə və milli maraqlarına hörmət etməlidir.
//Samir Qurbanov, Editor.az

