Orxan Abbasovun “AzParking”dən növbəti QALMAQAL: İşarə olmayan yerdə cərimə!backend

Orxan Abbasovun “AzParking”dən növbəti QALMAQAL: İşarə olmayan yerdə cərimə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzParking” MMC ilə bağlı sürücülərin şikayətləri səngimək bilmir. Sosial şəbəkələrdə yayılan növbəti video görüntüdə qurumun əməkdaşının heç bir parklanma nişanı və ya xüsusi işarəsi olmayan ərazidə vətəndaşa cərimə tətbiq etdiyi əks olunub.

Avtomobili cəmi bir neçə dəqiqəlik saxladığını bildirən sürücü və ətrafdakı digər vətəndaşlar qanunsuz qərara kəskin etiraz ediblər. Qaydaları pozduğunu əsaslandıra bilməyən “AzParking” əməkdaşı isə iradlara cavab verməkdən yayınaraq ərazidən uzaqlaşmağa çalışıb. Sürücülər rəsmi qurumları bu cür əsassız cərimələrlə bağlı ciddi tədbirlər görməyə çağırırlar.
32gun.az xatırladır ki, Orxan Musa oğlu Abbasov, dövlət reyestr məlumatlarına əsasən “AzParking” MMC-nin hüquqi və qanuni təmsilçisidir (rəhbəridir).

2018-ci ildə “TST Co Group” adı ilə təsis edilən şirkətin adı 2022-ci ildə dəyişdirilərək “Azparking” MMC edilmişdir. Şirkət AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) nəzdində kommersiya qurumu kimi fəaliyyət göstərir.

Orxan Abbasov “AzParking” MMC ilə yanaşı, eyni hüquqi ünvanda qeydiyyatda olan “MOBİL-MMXA” MMC və “MOBİLEX” MMC şirkətlərinin də qanuni təmsilçisidir.
Onun idarə etdiyi digər şirkətlər (“Mobil-MMXA” və “Mobilex”), “AzParking” sistemi qurulmazdan əvvəl Bakı Nəqliyyat Agentliyinin informasiya sistemlərinə texniki xidmət və yeraltı qarajların ödəniş terminallarının quraşdırılması tenderlərini icra etmişdir.