Paşinyandan Kremli “havalandıracaq” daha bir addım – ŞOK DETALLARbackend

Paşinyandan Kremli “havalandıracaq” daha bir addım – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin Ermənistana iqtisadi və siyasi təzyiqləri fonunda İrəvan avrointeqrasiya istiqamətində daha bir addım atıb.

Musavat.com bildirir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, nazirlərin görüşü Lüksemburqda keçirilib.

307a219f-b36a-3dc1-ab0c-1dcc0d827083_1200.jpg (160 KB)

Ermənistan XİN tədbirdən görüntülər paylaşaraq Mirzoyanın görüşdə iştirak etdiyini təsdiqləyib.

Görüş zamanı regional və beynəlxalq gündəmdə olan məsələlərin, eləcə də Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında əməkdaşlığın müzakirə olunduğu bildirilir. Tədbirlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, Kreml Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda onun Avrasiya İqtisadi Birliyindən çıxarıla biləcəyilə bağlı açıqlama verib.

Mirzoyanın bu addımına Rusiyanın cavabı nə ola bilər? Üstəlik, hələlik prezident Putin seçkilərdəki qələbəsinə görə Nikol Paşinyanı təbrik etməyib. Kremli “havalandıracaq” daha bir addımın qarşılığında Rusiyanın cavabı nə ola bilər?

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a bildirib ki, Ermənistanın xarici siyasətində Avropa İttifaqı istiqamətində atılan addımlar və bu prosesin Rusiya ilə münasibətlərə təsiri hazırda regional geosiyasətin ən mürəkkəb mövzularından biridir:

“Rusiya üçün Ermənistanın Aİ-yə inteqrasiya cəhdləri sadəcə ikitərəfli münasibətlər kontekstində deyil, Cənubi Qafqazda öz təsirini saxlamaq və Qərb təsisatlarının regiona daxil olmasının qarşısını almaq baxımından qiymətləndirilir. Kreml üçün Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində qalması vacibdir, çünki bu təşkilat Rusiyanın postsovet məkanında iqtisadi və siyasi nüfuzunun əsas sütunlarından biridir”.

TURAL SON.jpg (349 KB)

T. İsmayılova görə, Rusiyanın mümkün cavab reaksiyası, böyük ehtimalla, birbaşa münaqişədən daha çox, müxtəlif hibrid təzyiq alətləri üzərində qurulacaq:

“Bunlara Ermənistan iqtisadiyyatının Rusiya bazarından və enerji təchizatından yüksək asılılığından istifadə edərək tətbiq oluna biləcək ticarət və logistika maneələri, enerji sahəsindəki təzyiqlər və müəyyən siyasi mesajlar daxildir. Rəsmi şəxslərin bəyanatları və təbrik mesajlarının olmaması kimi diplomatik nüanslar Moskvanın İrəvana göndərdiyi narazılıq siqnalları kimi xarakterizə olunmalıdır. ​Ermənistan rəhbərliyi hazırda “strateji şaxələndirmə” siyasətini həyata keçirməyə çalışır. İrəvanın Aİ ilə yaxınlaşması, böyük ehtimalla, təhlükəsizlik arxitekturasını şaxələndirmək və Qərbin siyasi dəstəyini almaqla mövqelərini gücləndirmək məqsədi daşıyır. Lakin bu proses ciddi risklər yaradır, çünki Ermənistan həm Aİİ, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərə malikdir. Bu öhdəliklərdən imtina etmək ölkə üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi sarsıntılara səbəb ola bilər. Bundan əlavə, region dövlətləri ilə münasibətlərin tənzimlənməsi prosesində Rusiyanın mövqeyi və təsir imkanları hələ də mühüm amil olaraq qalır”.

​Ekspert qeyd edib ki, nəticə etibarilə, Ermənistanın Aİ ilə əlaqələrini dərinləşdirməsi Rusiyanın regiondakı ənənəvi təsirini qorumaq istəyilə toqquşur:

“Rusiyanın cavabı, çox güman ki, Ermənistanın daxili sabitliyini sarsıdacaq və iqtisadiyyatına ziyan vuracaq tədbirlərin kombinasiyası olacaq. Kreml, böyük ehtimal, Ermənistanı Aİİ-dən dərhal uzaqlaşdırmaqdan daha çox, bu inteqrasiya cəhdlərinin İrəvana nə qədər baha başa gələcəyini nümayiş etdirərək, ölkəni qərarından çəkindirməyə və ya prosesin tempini yavaşlatmağa çalışacaq. Bu gedişatın yekunu isə İrəvanın Qərbdən alacağı dəstəyin miqyası və Rusiyanın bu dəstəyi neytrallaşdırmaq üçün istifadə edəcəyi alətlərin səmərəliliyindən asılı olacaq”.