Pentaqonda İrana görə Yaxın Şərq strategiyası müzakirə olunurbackend

Pentaqonda İrana görə Yaxın Şərq strategiyası müzakirə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi İranın hücumlarından sonra Fars körfəzindəki hərbi mövcudluğunun azaldılması imkanını nəzərdən keçirir.

Editor.az xəbər verir ki, məlumata görə, İranın ABŞ-ın bölgədəki hərbi obyektlərinə həyata keçirdiyi ardıcıl hücumlar Amerika bazalarının İranın raket və pilotsuz uçuş aparatları qarşısında həssaslığını üzə çıxarıb. Bu səbəbdən Pentaqon ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi strategiyasını yenidən qiymətləndirir.

Müzakirə olunan variantlar arasında qüvvə və hərbi aktivlərin Fars körfəzindən daha qərbdə yerləşən ərazilərə, o cümlədən İordaniya, İsrail və Səudiyyə Ərəbistanına köçürülməsi də var. Zədələnmiş bəzi hərbi obyektlərin əvvəlki formada bərpa edilməməsi ehtimalı da nəzərdən keçirilir.

ABŞ-ın bölgədəki bir sıra əsas hərbi obyektləri İranın zərbə imkanlarının əhatə dairəsində yerləşir. Ekspertlər hesab edirlər ki, mövcud baza infrastrukturu əvvəlki regional təhlükəsizlik reallıqlarına uyğun qurulub və İranın müasir raket və dron imkanlarının inkişafı fonunda onun yenidən nəzərdən keçirilməsi zərurəti yaranıb.

Bununla belə, Pentaqon ABŞ-ın Yaxın Şərqdən tamamilə çəkiləcəyi barədə rəsmi qərar açıqlamayıb. Hazırda müzakirələr əsasən qüvvələrin daha təhlükəsiz ərazilərdə yerləşdirilməsi və hərbi infrastrukturun İranın mümkün hücumlarından qorunması üzərində cəmlənir.

//Samir Qurbanov, Editor.az