Zaxarova ABŞ-ın Cənubi Kurillərlə bağlı mövqeyinə sərt cavab verdibackend

Zaxarova ABŞ-ın Cənubi Kurillərlə bağlı mövqeyinə sərt cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlassın Cənubi Kuril adaları ilə bağlı açıqlamasını tənqid edib.

Zaxarovanın sözlərinə görə, Vaşinqtonun Tokionun Cənubi Kuril adaları üzərində suverenliyini tanıması Yaponiyada “revanşizm və revizionizmi” təşviq edir. O bildirib ki, ABŞ diplomatlarının Tokionun ərazi iddialarına dəstəyi yeni mövqe deyil.

Rusiya XİN nümayəndəsi Moskvanın Cənubi Kuril adaları üzərində suverenliyi və yurisdiksiyasının mübahisə mövzusu olmadığını vurğulayıb.

“Cənubi Kurillər İkinci Dünya müharibəsinin nəticələrinə əsasən ölkəmizin tərkibinə keçib. Bu nəticələr müttəfiq dövlətlərin razılaşmaları və BMT Nizamnaməsi ilə təsbit olunub”, – Zaxarova bildirib.

ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass daha əvvəl Vaşinqtonun Tokionu dəstəkləməkdə “sarsılmaz mövqeyə” malik olduğunu və Yaponiyanın “Şimal əraziləri” adlandırdığı adalar üzərində suverenliyini tanıdığını açıqlayıb.

Cənubi Kurillərin statusu Rusiya ilə Yaponiya arasında uzun illərdir davam edən ərazi mübahisəsinin əsas mövzularından biridir. Son günlər Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri fonunda Moskva ilə Tokio arasında məsələ ilə bağlı diplomatik gərginlik də artıb.

//Samir Qurbanov, Editor.az