Putin Myanma liderini Rusiyanın dostu adlandırdıbackend

Putin Myanma liderini Rusiyanın dostu adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Myanma Dövlət Administrasiya Şurasının sədri Min Aun Xlaynı Rusiyanın dostu adlandırıb.
Putin Min Aun Xlaynla görüşü zamanı bildirib ki, Rusiya ilə Myanma arasında münasibətlər uzunmüddətli xarakter daşıyır və iki ölkə arasında əlaqələr 1948-ci ildə Myanmanın müstəqillik əldə etməsindən sonra uğurla inkişaf edir.

Rusiya liderinin sözlərinə görə, Moskva ilə Naypyidaw arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Putin həmçinin Myanma rəhbərliyinin Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Qeyd edək ki, son illərdə Rusiya və Myanma arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, müdafiə və enerji sahələrində də əməkdaşlıq genişlənib.

//Samir Qurbanov, Editor.az