ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində Şimali Koreya liderinin fotosu əks olunan mem paylaşaraq, KXDR liderinin guya onun danışıqlar aparmaq təklifinə cavab verdiyini zarafatla nümayiş etdirib.
Fotoda Kim Çen In əlində telefon dəstəyi ilə təsvir olunub. Şəklin üzərində isə ingilis dilində belə yazılıb: “Ey Donald, biz hələ də dostuq… elə deyilmi?”

