Moldova Ukraynaya yardımdan imtina etməyəcəyini açıqladıbackend

Moldova Ukraynaya yardımdan imtina etməyəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Prezidenti Maya Sandu ölkəsinin Ukraynaya yardımdan imtina edə bilməyəcəyini bildirib. O, eyni zamanda Kişinyovun Ukrayna taxılının tranzitinə şərait yaratmalı, bununla yanaşı, yerli fermerlərin maraqlarını da qorumalı olduğunu deyib.

Editor.az xəbər verir ki, Sandunun sözlərini Moldovanın Newsmaker portalı yayıb.

Moldova prezidenti qeyd edib ki, Ukrayna kənd təsərrüfatı məhsullarını sata bilməsə və ölkənin müdafiəsi üçün maliyyə vəsaiti əldə etməsi çətinləşsə, bunun nəticələri Moldova üçün də ciddi problemlər yarada bilər.

“Ukrayna öz məhsullarını sata bilməsə və müdafiə olunmaq üçün kifayət qədər vəsaiti olmasa, o zaman bu gün qarşılaşdığımız problemlərdən daha böyük çətinliklərlə üzləşəcəyik”, — Sandu bildirib.

Onun sözlərinə görə, əsas məqsəd Moldova kənd təsərrüfatı sektoruna ciddi zərər dəyməsinin qarşısını almaqla yanaşı, Ukraynaya dəstək göstərməyin yollarını tapmaqdır.

Sandu hesab edir ki, Moldova fermerləri məsələyə düzgün yanaşacağı təqdirdə bütün tərəflərin maraqlarını təmin edən bir həll formulu tapmaq mümkündür. Prezident bunu Kişinyov üçün Kiyevə yardım etmək baxımından əlavə imkan kimi qiymətləndirib.

O, həmçinin digər ölkələrin Ukraynaya Moldovadan daha böyük həcmdə yardım göstərdiyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az