Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynaya göstərilən davamlı dəstək ölkənin cəbhədə əldə etdiyi müsbət dinamikanı qoruyub saxlamasına kömək etməlidir.
Nazirin sözlərinə görə, hazırda müharibənin təşəbbüskarı olan Vladimir Putin çıxılmaz vəziyyətə düşüb. O, bu açıqlamanı NATO-nun mənzil-qərargahında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramşteyn” formatı) iclasının açılışında səsləndirib.
Pistorius vurğulayıb ki, Ukraynaya hərbi və siyasi dəstəyin davam etdirilməsi ölkənin döyüş meydanındakı mövqelərini gücləndirməyə və əldə olunan nəticələri qorumağa imkan verəcək.
//Samir Qurbanov, Editor.az


