Silahlı Qüvvələri ABŞ istehsalı olan ilk döyüş təyyarələrini rəsmi olaraq silahlanmaya qəbul edib.
Məlumata görə, yeni nəsil qırıcılar artıq Polşa səmasında ilk uçuşlarını həyata keçirib. Bununla da ölkənin hərbi aviasiyasının modernləşdirilməsi proqramında mühüm mərhələ tamamlanıb.
F-35 qırıcıları aşağı radar görünürlüğü, yüksək manevr qabiliyyəti və inkişaf etmiş elektron döyüş sistemləri ilə NATO-nun ən qabaqcıl aviasiya platformalarından biri hesab olunur.
Ekspertlərin qiymətləndirməsinə görə, bu addım Polşanın hava hücumundan müdafiə və zərbə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək, eyni zamanda NATO-nun şərq cinahında hərbi potensialın artırılmasına töhfə verəcək.
//Samir Qurbanov, Editor.az


