Putin bank və inkassatorlara dronlara qarşı müdaxilə səlahiyyəti verdibackend

Putin bank və inkassatorlara dronlara qarşı müdaxilə səlahiyyəti verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Rusiya Mərkəzi Bankına və inkassasiya xidmətləri göstərən strukturlara pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını alma səlahiyyəti verən yeni qanunu imzalayıb.

Qanuna əsasən, Bank of Russia, xüsusi poçt rabitəsi xidməti və inkassatorlar öz obyektlərinə və daşınan vəsaitlərə qarşı yönələn dron hücumlarına “müstəqil şəkildə müdaxilə edə və onları zərərsizləşdirə” biləcək.

Məlumata görə, sənəd Rusiya hüquqi aktlarının rəsmi dərc portalında yayımlanıb. Bu addım ölkə daxilində kritik maliyyə və logistika strukturlarının təhlükəsizliyinin gücləndirilməsi kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az