Vladimir Putin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsini yüksək səviyyədə davam etdirir.
Buna baxmayaraq, Rusiya iqtisadi blokunun bəzi rəsmiləri müharibə xərclərinin ölkə iqtisadiyyatına ciddi təzyiq göstərdiyi barədə xəbərdarlıq edirlər.
Bu barədə məlumat Institute for the Study of War tərəfindən yayılan hesabatda yer alıb.
Analitiklərin qiymətləndirməsinə görə, Rusiya lideri müdafiə xərclərinin azaldılmasına getmir, çünki o, Moskvanın cəbhədə qələbə qazanmaq imkanına inamını saxlayır. ISW həmçinin qeyd edir ki, Kremlin mövqeyi cəbhədəki real vəziyyətlə bağlı daha optimist qiymətləndirmələrə əsaslana bilər.
//Samir Qurbanov, Editor.az


