Putin Ukraynaya qarşı zərbələrin artırılacağını bəyan edibbackend

Putin Ukraynaya qarşı zərbələrin artırılacağını bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hücumların intensivləşdiriləcəyini açıqlayıb.

Kremlin rəhbəri bunu Rusiyanın hərbi sənaye müəssisələri və neft infrastrukturuna endirilən Ukrayna zərbələrinə “cavab tədbirləri” kimi təqdim edib.

Putin bildirib ki, Ukraynanın Rusiya ərazisindəki hərbi zavodlara və hərbi büdcəni təmin edən neft sənayesinə endirdiyi zərbələr ciddi problem yaratmır. Onun sözlərinə görə, hədəfə alınan obyektlər “tez bir zamanda bərpa olunur” və bu sahədə “heç bir problem yoxdur”.

Bununla yanaşı, Putin Rusiyanın Ukraynaya qarşı zərbələri artıracağını vurğulayıb. Analitiklər isə bu açıqlamaların Rusiya ordusunun cəbhədə üzləşdiyi çətinliklər və Ukraynanın dərin arxa cəbhəyə endirdiyi zərbələr fonunda səsləndirildiyinə diqqət çəkirlər.

//Samir Qurbanov, Editor.az