Qalmaqal yaşayan Şəbnəmlə Vəfa eyni TOYDA: Əl hərəkəti diqqət çəkdi – VİDEObackend

Qalmaqal yaşayan Şəbnəmlə Vəfa eyni TOYDA: Əl hərəkəti diqqət çəkdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu eyni məclisdə bir araya gəliblər.

Milli.Az xəbər verir ki, toy mərasimində iştirak edən Vəfa Şərifova özünü çəkərkən həmin məclisə dəvətli olan həmkarı Şəbnəm Tovuzlunu da kadra salıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Daha sonra paylaşılan başqa videoda isə Şəbnəm Tovuzlu səhnədə mahnı ifa edərkən Vəfa Şərifovanın etdiyi əl hərəkəti izləyicilərin diqqətini çəkib. Həmin anlar sosial media istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub.

Görüntülərlə bağlı fərqli fikirlər səsləndirən izləyicilər sözügedən hərəkətin ünvanlı olub-olmaması barədə müzakirələr aparıblar. Toydan yayılan kadrlar qısa müddətdə sosial şəbəkələrin gündəminə çevrilib.