Raci Şaşmazın açıqlamasından sonra bütün diqqətlər bu sözlərə yönəldi!backend

Raci Şaşmazın açıqlamasından sonra bütün diqqətlər bu sözlərə yönəldi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristi Raci Şaşmazın verdiyi ifadədən sonra, serialın aktyorlarından biri olan Adnan Biricikin illər əvvəl səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.

Editor.az xəbər verir ki, Biricik “Kurtlar Vadisi”ni sadəcə bir televiziya serialı kimi deyil, həm də “sənədli-dram” kimi xarakterizə edərək, serialda təsvir olunan bəzi hadisələrin cəmi bir həftə sonra ölkədə eynilə baş verdiyini bildirmişdi.

Şübhəli şəraitdə vəfat etmiş Kaşif Kozinoğlu ilə bağlı iş çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristi Raci Şaşmazın prokurorluğa təqdim etdiyi tənqidi bəyanatlar geniş ictimai maraq doğurub. Serialdakı gizli mesajlarla bağlı iddialar və ssenarinin yazılması prosesi barədə Şaşmazın ətraflı ifadəsindən sonra, həm ekranlara çıxdığı dövrdə yayımlanan səhnələr, həm də aktyorların keçmişdə səsləndirdikləri diqqətçəkən fikirlər yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb.

//Dəniz Pənahova, Editor.az