“Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur”.
Editor.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:
“Həmçinin, 108 il əvvəl Qafqaz İslam Ordusu Bakını işğaldan azad edib. Hakan Fidanın bu gün ölkəmizə səfər etməsinin xüsusi mənası var. İki ölkə arasındakı münasibətləri tənzimləyən müxtəlif formatlar mövcuddur. İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5.7 milyard ABŞ dolları, bu ilin hazırkı dönəminədək 3.2 milyard dollar olub. Azərbaycan Türkiyəyə 20, Türkiyə isə Azərbaycana 18 milyard dollara yaxın investisiya yatırıb. 4 mindən çox Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir”.

