Azərbaycana gələn diplomatik heyətin qeydiyyatı üçün yeni sistem tətbiq ediləcəkbackend

Azərbaycana gələn diplomatik heyətin qeydiyyatı üçün yeni sistem tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatlar və xüsusi missiya ilə Azərbaycana gələn şəxslərin qeydiyyatı dəyişir.

Editor.az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin diplomatik missiya ilə və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir.

Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədilə nəzərdə tutulmuş şəxslər barədə məlumatları 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Layihədə isə təklif olunur ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya və ya ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycanda müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilsin.

Həmin şəxslərin qeydiyyatı həyata keçirilərkən onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycanda statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək.

Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək.