ABŞ-ın Corciya ştatında tarixin ən gənc meri kimi vəzifəyə başlayan 23 yaşlı Ceyden Uilyams, dövlət vəsaitlərini şəxsi xərcləri üçün istifadə etməsi və 18 yaşlı məktəbli ilə seksual məzmunlu mesajlar aparması barədə iddialardan sonra vəzifəsindən kənarlaşdırılıb.
Editor.az xəbər verir ki, bu iddialarla bağlı Uilyamsa qarşı heç bir cinayət işi açılmayıb.
Qeyd edək ki, yanvar ayında vəzifəsinin icrasına başlayan və Corciya tarixində ən gənc mer olan Uilyams təxminən doqquz ay vəzifədə qalıb.Sentyabrın 12-də, təxminən on saat davam edən iclasdan sonra Stokbric Şəhər Şurası Uilyamsın vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib.
//Dəniz Pənahova, Editor.az

