Azərbaycanda qadınlar hərbi xidmətə ÇAĞIRILACAQLAR? – AÇIQLAMAbackend

Azərbaycanda qadınlar hərbi xidmətə ÇAĞIRILACAQLAR? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanda qadınların hərbi xidmətə aparılması barədə müzakirələrə münasibət gətirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bir sıra ölkələrində, əsasən, Afrika ölkələrində qadınlar məcburi hərbi xidmətə çağırılsalar da, Azərbaycanda buna ehtiyac yoxdur.

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq  orta hesab olunur - Muallim.edu.az

A.Mirzəzadə deyib ki, Azərbaycanda kifayət qədər kişi kontingenti var və onlar Vətənin suverenliyini, ərazi bütövlüyünü əllərində silah qoruya bilərlər: “Bununla belə, Azərbaycan Silahlı Qüvvələrində könüllü şəkildə zabit və ya xidmət sahələrində çox sayda qadınlarımız qulluq edirlər – qərargah, tibb, təchizat və rabitə sahəsi. Qadınların qulluqları həmişə digərlərinə nümunə kimi göstərilir. Azərbaycanda qadınların hərbi xidmətə çağırılmaları ilə bağlı hər hansı müzakirə getmir və bunun olması gözlənilmir”.