Hakan Fidandan Bakıda mühüm açıqlamalar – CANLI YAYIMbackend

Hakan Fidandan Bakıda mühüm açıqlamalar – CANLI YAYIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“29 oktyabrda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasını, 30 oktyabrda isə Təşkilatın 13-cü Sammitini Ankarada liderlərimizin iştirakı ilə reallaşdıracağıq”.

Editor.az xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu zirvə türk dünyasının ortaq gələcək vizyonunu möhkəmləndirəcək tarixi bir addımdır:

“Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıraraq müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığımıza güclü bir zəmin hazırlamış olduq. Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi fəaliyyətləri ilə müdafiə sənayesi qurumlarımız arasında getdikcə dərinləşən iş birliyi bu tərəfdaşlığın sahədəki konkrekt təzahürləridir. Önümüzdəki dövrdə də bu sahədəki fəaliyyətlərimizi qarşılıqlı ehtiyaclar və imkanlarımız çərçivəsində irəlilətməyə qərarlıyıq.

Bildiyiniz kimi, Qarabağ işğal altında olduğu illər ərzində Türkiyə Azərbaycanın haqlı davasını dəstəkləmişdir. Bu gün də prioritetimiz bölgədə sülh, sabitlik və rifahın davamlı olaraq bərqərar edilməsidir. Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdəki qurucu mövqeyini məmnuniyyətlə izləyirik. Bu prosesin tamamlanması ilə bölgəmizdə yeni bir əməkdaşlıq dövrünün başlayacağına da inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülhlə, nəqliyyat, energetika, ticarət və iqtisadi tərəqqi ilə xatırlanmasını arzulayırıq”.

Nazir əlavə edib ki, İranla bağlı proseslər Türkiyə və Azərbaycanı da çox yaxından maraqlandırır:

“İranın təhlükəsizliyi, sabitliyi və rifahı təbiəti etibarilə bölgəmizə birbaşa təsir edir. Bu baxımdan mövcud ixtilafın diplomatik yollarla həllini tapmasını istəyirik”.