Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfər edən türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN-in sosial şəbəkəsindəki paylaşımda diqqətə çatdırılır ki, sözügedən səfər Türkiyə və Azərbaycan arasında mövcud olan güclü strateji tərəfdaşlığı, müttəfiqlik əlaqələrini və qardaşlıq münasibətlərini özündə əks etdirir.
Səfər çərçivəsində XİN-də nazirlər arasında təkbətək görüş baş tutub.


