Rusiya Qərbdə dondurulmuş qızıl-valyuta ehtiyatlarını geri qaytaracaq.
Editor.az-ın xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Ukrayna böhranı: Qərbin hüquqi təcavüzü” mövzusunda keçirilən səfirlərin 13-cü dəyirmi masa toplantısında bildirib.
“Qeyd etdiyim kimi, Avropa Komissiyası hələ də bu aktivləri ələ keçirmək və onları bizə yalnız Ukraynaya müəyyən formada təzminat ödənildikdən sonra qaytarmaq istəyir. Biz qızıl və valyuta ehtiyatlarımızın geri qaytarılmasını təmin edəcəyik. Buna heç bir şübhəm yoxdur”, – deyə o açıqlayıb.
Xarici işlər nazirinin sözlərinə görə, Avropa İttifaqı Rusiya aktivlərini Belçika yurisdiksiyasından çıxarmaq üçün “kvazi-hüquqi” mexanizmlər axtarmağa davam edir. Lavrov bunu, Belçika tərəfinin belə bir addım atmaqdan imtina etməsinə baxmayaraq, Aİ-nin aktivlərin ələ keçirilməsində israrlı olması ilə izah edib.
//Dəniz Pənahova, Editor.az

