Stomatoloq dili hər gün təmizləməyin vacibliyini açıqladıbackend

Stomatoloq dili hər gün təmizləməyin vacibliyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağız boşluğuna qulluq zamanı yalnız dişlərin deyil, dilin də müntəzəm təmizlənməsi vacibdir. Bu, bir sıra ağız boşluğu problemlərinin qarşısını almaqla yanaşı, dad reseptorlarının həssaslığını artırmağa və ağız qoxusunu azaltmağa kömək edə bilər.

Editor.az xəbər verir ko, stomatoloq-terapevt Arina Sozinovanın sözlərinə görə, dilin səthi çoxsaylı xırda çıxıntılardan ibarətdir. Bu çıxıntıların arasında qida qalıqları toplana və mikroorqanizmlər çoxala bilər.

Mütəxəssis bildirib ki, dil üzərində yaranan ərp ağızdan xoşagəlməz qoxunun əsas səbəblərindən biridir. Buna görə də dilin təmizlənməsi ağız boşluğu xəstəliklərinin, bəzi LOR xəstəliklərinin və mədə-bağırsaq problemlərinin profilaktikasında mühüm rol oynaya bilər. Bundan əlavə, dilin təmizlənməsi dad reseptorlarının stimullaşdırılmasına və müxtəlif dadların daha yaxşı hiss edilməsinə kömək edir.

Stomatoloq dilin üzərində nəzərəçarpacaq ərpin yaranmasını gözləməməyi və onun təmizlənməsini gündəlik ağız gigiyenasının bir hissəsinə çevirməyi tövsiyə edib. Onun sözlərinə görə, dil gündə iki dəfə — dişlər təmizləndikdən sonra təmizlənməlidir.

Axşam saatlarında bu prosedur gün ərzində ağız boşluğunda toplanmış qida qalıqları və ərpin, səhər isə gecə ərzində yaranmış ərpin təmizlənməsinə kömək edir.

Dilin təmizlənməsi üçün xüsusi qaşıyıcılardan istifadə etmək mümkündür. Mütəxəssis qaşıyıcını dilin arxa hissəsinə, mümkün qədər kökə yaxın yerləşdirməyi və ərpi dilin ucuna doğru hərəkətlə təmizləməyi məsləhət görüb.

Digər üsul isə irriqator üçün nəzərdə tutulmuş xüsusi başlıqdan istifadə etməkdir. Bu zaman dilin səthi həm mexaniki şəkildə təmizlənir, həm də su axını ərp qalıqlarını yuyub aparır. Prosedura aşağı su təzyiqi ilə başlamaq və tədricən rahat olan səviyyəni seçmək tövsiyə olunur.

Stomatoloq qeyd edib ki, dil təmizləyiciləri də diş fırçaları kimi mütəmadi olaraq dəyişdirilməlidir. Qaşıyıcıların və xüsusi başlıqların təxminən üç aydan bir yenilənməsi məsləhət görülür.

Mütəxəssisin sözlərinə görə, dilin müntəzəm təmizlənməsi ağız boşluğunda zərərli bakteriyaların sayını 33 faizə qədər azalda və dişlərdə ərp yaranmasını zəiflədə bilər. Bundan başqa, dilin təmizlənməsi ağızdan gələn xoşagəlməz qoxunun 85 faiz hallarda azalmasına kömək edir. Müqayisə üçün, yalnız dişlərin təmizlənməsi zamanı bu göstəricinin 25 faiz olduğu bildirilir.

//Gülnarə Abasova, Editor.az