Kamran Bilalovun saxlanılma səbəbi bəlli olub.
Editor.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıq edib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov (“Çevik”) və Kamran Ramiz oğlu Bilalov barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayılıb.
Məqsəd Bağırova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.
İttihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.
Qeyd edək ki, Məqsəd Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs olunub.

