Robert Koçaryanla bağlı yenidən vəsatət qaldırıldıbackend

Robert Koçaryanla bağlı yenidən vəsatət qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəməyə aparılmasına icazə verməyiblər və onun həbsi üçün yenidən vəsatət qaldırılıb.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə onun oğlu, deputat Levon Koçaryan parlamentdə jurnalistlərə məlumat verib.

Keçmiş prezidentin oğlu bildirib ki, bu gün səhər saat 08:00-da atasının saxlanılma müddəti başa çatıb, bundan sonra müstəntiqlər Robert Koçaryanın 24 saat ərzində həbsi üçün yenidən vəsatət qaldırıblar.

Xatırladaq ki, Ermənistanda iki keçmiş dövlət başçısı – Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunublar.