Rövşən Rüstəmov Milli Qəhrəmanın qardaşını işdən çıxardı – FOTObackend

Rövşən Rüstəmov Milli Qəhrəmanın qardaşını işdən çıxardı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.

2014-cü ildən sözügedən xidmətin rəisi olan, “Əməkdar həkim” adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.

Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Adil Şükürov Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Şahlar Şükürovun qardaşıdır.

//Gününsesi.info