Rusiyanın Ukraynanın dəniz limanlarına və yük gəmilərinə qarşı hücumlarının intensivləşməsi ölkənin aylıq taxıl ixracını təxminən üçdə bir azalda bilər.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Bildirilir ki, son hücumlar liman terminallarının operatorları üçün ciddi maliyyə itkilərinə səbəb olub. Şirkət nümayəndələrinin sözlərinə görə, yaranan zərərləri öz vəsaitləri hesabına qarşılamaq artıq mümkün deyil.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hücumların davam etməsi Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını çətinləşdirə və qlobal ərzaq təchizatına mənfi təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az


