Rusiya “top-tüfəngi” ilə İrəvana HÜCUMA keçib – Paşinyana daha bir HƏDƏbackend

Rusiya “top-tüfəngi” ilə İrəvana HÜCUMA keçib – Paşinyana daha bir HƏDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvanın Rusiya əleyhinə bəyanatları, rus dilinin təqibi və Rusiyanın düşmənləri ilə yaxınlaşması səbəbindən Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyün üstünlüklərini tamamilə itirə bilər. Moskva bütün bunları cavabsız qoya bilməz”.
Musavat.com-un verdiyi xəbərə görə, bu təhdid xarakterli fikirləri Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Rusiyasız Ermənistan və Ermənistansız Rusiya: səbəblər, nəticələr” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.

Rusiya Dövlət Dumasının sədr müavini ermənilərə əsəbiləşdi | KONKRET

“Ermənistanın əldə etdiyi və hazırkı rəhbərliyinin daxili siyasətdə də daxil olmaqla, Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı istifadə etdiyi üstünlüklər çox asanlıqla yox ola bilər. Səbəb odur ki, Rusiya əleyhinə bəyanatlar, rus dilinin təqibi, sərt anti-Rusiya ifadələri cəhdləri, eləcə də Zelenski ilə isti qucaqlaşmalar təbii ki, Rusiya Federasiyası tərəfindən cavabsız qala bilməz”, – deyə Duma üzvü Paşinyan hakimiyyətini hədələyib.
Tolstoy həmçinin vurğulayıb ki, Rusiya ardıcıl olaraq tədbirlər görəcək və “Rusiyasız yaşaya biləcəklərinə qərar verən erməni siyasətçilərini xatırlamağa” çalışacaq.

Son bir ay ərzində Rusiya bütün təbliğat ruporlarını, propoqanda maşınını səfərbər edərək Ermənistan hakimiyyətini açıq şəkildə xəbərdar edir. Mayın əvvəlində Avropa Siyasi Birliyinin İrəvanda toplantı keçirməsi və Ukrayna liderinin sammitdə 9 May Moskva paradını hədələməsi Rusiya-Ermənistan münasibətlərində gərginliyi artırıb.

Halbuki aprelin 1-də Ermənistan hökumətinin başçısı Moskvada Rusiya prezidenti ilə görüşmüşdü, münasibətlərin normallaşacağı gözləntiləri var idi. Doğrudur, liderlərin görüşündə də Kreml başçısı “Qarabağ məsələsi”nə toxunmuş və Rusiyanın Cənubi Qafqaz maraqlarına eyham vurmuşdu. Həmçinin görüşdə Rusiya lideri Ermənistan seçkilərində ölkəsinin vətəndaşı olan siyasətçilərin (Samvel Karapetyanı nəzərdə tutur – E.S) iştirakına şərait yaradılmasının vacibliyini Paşinyanın diqqətinə çatdırmışdı. Baş nazir isə qanunvericiliyin başqa dövlətin vətəndaşına seçkilərdə namizəd kimi iştirak hüququ vermədiyini açıq bəyan etmişdi.

CROSSMEDIA - Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvə  Toplantısından paylaşım edib

Mayda isə ASB-nin İrəvan toplantısı və Zelenskinin paradı təhdid etməsi Rusiyanın qəzəbinə səbəb olub. İndiyə qədər də Rusiya rəsmiləri, Duma üzvləri Ermənistan hakimiyyətini buna görə bağışlamır və təhdid edir. Eyni zamanda, Rusiya erməni məhsullarına embarqo tətbiq etməklə təzyiq kampaniyasında sözdən əmələ keçib. Bu da seçkilərə sayılı günlər qalmış Paşinyan iqtidarına həmlələrin güclənməsindən xəbər verir. Hazırda baş nazirin müavini Aleksey Overçuk başda olmaqla, əksər rusiyalı siyasətçilər və rəsmi şəxslərin Paşinyan hökumətindən tələbi dərhal seçim etməsi, AİB-də qalıb-qalmamağa qərar verməsidir.

Xatırladaq ki, mayın 28 və 29-da Astanada Ermənistanın Avrasiya İqtisadi Birliyində statusunun müzakirəsi gözlənilir. “Yeni Müsavat” yazır ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib. O, tərəfdaşlıq maraqları naminə Ermənistanın Avrasiya və Avropa Birliyi arasında təcili qərar verməli olduğunu bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Overçukun açıqlamasına münasibət bildirərək vurğulayıb ki, Ermənistan rəsmi olaraq niyyətini bəyan edib müvafiq ərizə təqdim etməyincə, AİB-dən çıxmaq məsələsi müzakirə edilə bilməz.

Seçki kampaniyası səbəbindən Astanaya getməyəcək baş nazir Nikol Paşinyan da (Ermənistanı sammitdə baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək) İrəvanın AİB-də statusun yalnız Ermənistanın özü tərəfindən müzakirə edilə bilər.
“AİB qaydalarına əsasən, yalnız Ermənistan özü AİB-dəki statusunu müzakirə edə bilər – yəni çıxmaq qərarına gələ biləcək üzv ölkə. Başqa prosedur yoxdur”, – deyə o bildirib. Eyni zamanda, Paşinyan vurğulayıb ki, Ermənistanın təşkilata üzvlüyü ilə bağlı istənilən sual birliyin digər üzvləri ilə müzakirə edilə bilər. O əlavə edib ki, İrəvan bütün mövcud sualları cavablandırmağa hazırdır.