Rumıniya müdafiə nazirinin uçduğu təyyarədə insident baş verdibackend

Rumıniya müdafiə nazirinin uçduğu təyyarədə insident baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya müdafiə naziri vəzifəsini icra edən Radu Mirutçanın olduğu təyyarə Litvaya uçarkən GPS siqnalını itirib.

Nazir vəzifəsini icra edən şəxs bu barədə TVR-də məlumat verib.

Radu Mirutça Litvaya işgüzar səfərə getdiyini qeyd edib. “Çox güclü müdaxilə aşkar etdik. Pilotlar hərbi naviqasiya sistemini işə salıblar və əlimizdə olan koordinatlardan istifadə edərək uçuşu təyinat yerinə davam etdirmək üçün qoruyucu tədbirlər görüblər”, – deyə nazir vəzifəsini icra edən şəxs bildirib.
Mitçanın sözlərinə görə, GPS maneəsi yalnız Rumıniya təyyarəsinə yönəlməyib. O, ümumiyyətlə regionda olmayıb.
Xatırladaq ki, bir gün əvvəl Britaniya müdafiə naziri Con Heylinin olduğu təyyarə Estoniya-Rusiya sərhədi yaxınlığında GPS siqnalını itirib. Heyli müdafiə naziri Hanno Pevkurla görüş və digər tədbirlər üçün Estoniyaya uçurdu.

“The Times” qəzetinin məlumatına görə, təyyarənin peyk siqnalı itirilib və bu da pilotları yerlərini hesablamaq üçün ehtiyat naviqasiya sistemlərindən istifadə etməyə məcbur edib. Müdaxilə səbəbindən paneldəki və pilot kabinəsindəki bəzi cihazlar sıradan çıxıb.

//Samir Qurbanov, Editor.az