SON DƏQİQƏ! İran ordusuna əmr verildi: Bütün qoşun növləri HAZIR VƏZİYYƏTDƏbackend

SON DƏQİQƏ! İran ordusuna əmr verildi: Bütün qoşun növləri HAZIR VƏZİYYƏTDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələri əməliyyat hazırlığı səviyyəsini maksimuma qaldıraraq ehtimal olunan hərbi proseslər fonunda cavab tədbirləri planı hazırlayıb.

Bu barədə “Russia al-Youm” televiziya kanalına istinadən adı açıqlanmayan iranlı rəsmi məlumat verib.

Mənbənin sözlərinə görə, hazırlanmış planlar quru, hərbi hava və hərbi dəniz qüvvələrinin birgə əməliyyatlarını nəzərdə tutur.

“Mehr” agentliyinin məlumatına görə, rəsmi şəxs İranın ABŞ və İsrail hərbi qüvvələrinə, obyektlərinə, həmçinin onların regiondakı maraqlarına “ağır, genişmiqyaslı və gözlənilməz” zərbə vurmağa tam hazır olduğunu bəyan edib.

Lakin mənbə planlarda konkret hansı addımların nəzərdə tutulduğunu və İranın hansı şəraitdə onları işə salacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, bu bəyanat İran, ABŞ və İsrail arasında hərbi-siyasi gərginliyin kəskin artması fonunda verilib.

Musavat.com