Yeni “iPhone” modellərinin satışa çıxarılmasından sonra bəzi istehlakçılar tərəfindən diqqətçəkən şikayətlər səsləndirilib.
iddialara görə, bəzi texnologiya mağazalarında telefon almaq istəyən müştərilər qarşısında kasko və ya sığorta xidmətindən də istifadə etmək şərti qoyulub.
İstehlakçılardan biri təxminən 28 min lirə dəyərində kasko xidmətindən istifadə etdiyi halda telefonu ala biləcəyinin ona bildirildiyini iddia edib.

Digər bir istehlakçı isə kasko təklifini qəbul etmədikdən sonra telefonun başqa bir müştəri tərəfindən internet üzərindən alındığı əsas gətirilərək satışın həyata keçirilmədiyini söyləyib.
İddiaların gündəmə gəlməsindən sonra Türkiyənin Ticarət Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb:
“Bir mal və ya xidmətin satışı başqa bir mal və ya xidmətin satın alınması şərtinə bağlana bilməz”.
Məlumata görə, Ticarət Nazirliyi şikayətlərə səbəb olan məkanlarda araşdırma aparacaq.
Musavat.com

