Ərdoğan ABŞ-a gedirbackend

Ərdoğan ABŞ-a gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-a səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.

Bildirilib ki, Ərdoğan səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak edəcək.

Məlumata görə, Türkiyə lideri BMT-nin baş katibi ilə yanaşı, müxtəlif ölkələrin liderləri ilə bir araya gələcək.

Qeyd edək ki, Ərdoğanın Trampla da görüşü planlaşdırılır.