Kanada Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditinə maliyyə töhfəsi verməyi planlaşdırırbackend

Kanada Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditinə maliyyə töhfəsi verməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada hökuməti Avropa İttifaqının (Aİ) Ukraynaya ayırmağı planlaşdırdığı 90 milyard avroluq kredit proqramına maliyyə töhfəsi vermək imkanını müzakirə edir.

Editor.az xəbər verir ki, bu barədə Financial Times məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, tərəflər Kanadanın kredit çərçivəsində nə qədər vəsait ayıracağını oktyabrın sonunda Monrealda keçiriləcək Aİ sammitinə qədər razılaşdırmağa çalışırlar.

Qəzetin yazdığına görə, Kanadanın Baş naziri Mark Karni transatlantik əlaqələri gücləndirməyə və ölkəsinin ABŞ-dan asılılığını azaltmağa çalışır.

Mənbələr bildiriblər ki, Karni çoxtərəfli beynəlxalq düzəni dəstəkləyən liberal dövlətlər arasında yeni əməkdaşlıq formatı yaratmaq niyyətindədir. Kanadanın Ukraynaya kredit verilməsində iştirakı isə Ottavanın Avropadakı müttəfiqlərinə dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.

Nəşr xatırladır ki, avqust ayında Berliner Zeitung Avropa Komissiyasının (AK) Avropa Parlamentinin deputatı Fabio De Mazi-nin sorğusuna verdiyi cavaba istinadən yazmışdı ki, 90 milyard avroluq kreditin yekun maliyyə yükünün Aİ üzvü olan ölkələr arasında necə bölüşdürüləcəyi hələ müəyyən edilməyib.

Avropa Komissiyası hansı ölkənin nə qədər xərc çəkəcəyini dəqiq açıqlaya bilməyib.

Məlumata görə, kredit üzrə ilk tranşlar Ukraynaya artıq iyun ayında köçürülməyə başlayıb. Bununla belə, Brüsseldə hələ də borcun xidmət göstərilməsi üçün nəzərdə tutulan subsidiyanın məbləği, eləcə də bu məqsədlə 2027-ci il Aİ büdcəsində nə qədər vəsait ayrılacağı barədə yekun rəqəmlər açıqlanmayıb.

//Gülnarə Abasova, Editor.az