“Rusiya ilə müharibəyə hazırıq” – Generaldan sensasiyabackend

“Rusiya ilə müharibəyə hazırıq” – Generaldan sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Cüzeppe Kavo Dragone alyansın şərq cinahında müxtəlif böhran ssenarilərinə qarşı 4 min səhifəlik plan hazırladığını bildirib.

generalın çıxışından bir hissə Teleqram kanallarında yayımlayıb.

Dragone bildirib ki, hazırlanan planlar NATO ölkələrinin ərazisində məhdud müdaxilədən başlayaraq Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin işə salınmasına qədər müxtəlif tədbirləri nəzərdə tutur.

“NATO və struktur, eləcə də əsgərlər, sistem və silahlar hazırdır”, – deyə o bildirib.

Komandan vurğulayıb ki, mümkün hücum zamanı qarşı tərəf əldə edə biləcəyi üstünlüklərlə müqayisədə daha böyük risk və itkilərlə üzləşəcək. Məhz bu amil döyüşdən çəkinməni təmin etməlidir.

Dragone aprelin sonunda bildirmişdi ki, NATO Rusiyanı bir nömrəli təhdid hesab edir və ona qarşı mübarizə aparacaq.

Generalın sözlərinə görə, Rusiyanın “hərbi maşını” daha da güclənəcək və NATO öz imkanlarını inkişaf etdirməklə buna qarşı dayanacaq.

Globalinfo.az